Paris-2024: Cüdoçumuzun ilk rəqibi müəyyənləşdi

Paris-2024: Cüdoçumuzun ilk rəqibi müəyyənləşdi

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq cüdoçumuz Hidayət Heydərovun (-73 kq) ilk rəqibinin adına aydınlıq gəlib. “Şam-de-Mars”  arenada təşkil olunan yarışda idmançımız 1/8 finalda israilli Tohar Bitbulla üz-üzə gələcək.

Dünya və Avropa çempionumuzun rəqibi təsnifat mərhələsində əlcəzairli Reduan Masuddan güclü olub.

Qeyd edək ki, Azərbaycan komandası Paris Olimpiadasında 9 (2 qadın, 7 kişi) idmançı ilə təmsil olunur. Cüdoçularımızdan dördü yarışların ilk günlərində məğlub olaraq mübarizəni dayandırıblar.