Budoçular Biləsuvarda döyüşəcəklər

Budoçular Biləsuvarda döyüşəcəklər

Dekabrın 28-29-da Biləsuvar Olimpiya İdman Kompleksində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş budo döyüş növləri üzrə beynəlxalq turnir keçiriləcək. Yarışlar beş yaş kateqoriyası üzrə təşkil olunacaq. Turnirdə Azərbaycan ilə yanaşı, Türkiyə, İran, Rusiya, Pakistan, Gürcüstan və Qırğızıstandan olan idmançılar da iştirak edəcəklər.
Yarışın sonuncu günündə B-1 və UFC
versiyaları üzrə peşəkar idmançılar arasında kəmər uğrunda döyüşlər keçiriləcək. Hər növ üzrə 8 döyüş olacaq.