İspaniyalı cüdoçu Laurita Martinez-Abelenda Eyfel qülləsində evlilik təklifi alıb. Bu barədə idmançı özünə məxsus sosial şəbəkədə məlumat verib. O, şəkilin altından - "Bəli" yazıb.
Məlumat üçün bildirək ki, idmançı Paris-2024 Yay Olimpiya Oyunlarında 48 kq çəki dərəcəsində mübarizə aparıb. Laurita yarımfinalda Baasanhuu Bavuudorja (Monqolustan) 0:10 hesabı ilə uduzaraq, beşinci yeri tutub.