Fransanən paytaxtı Parisadə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Bu gün Azərbaycan komandası 4 idman növündə təmsil olunacaq. Belə ki, idmaçılarımız cüdo, boks, batut gimnastikası və 3x3 basketbol növündə yarışacaqlar. Mübarizəyə ilk olaraq qadınlardan ibarət 3x3 basketbol millimiz başlayacaq. Komandamız 5-ci oyununu Avstraliya komandasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.
Bu gün həmçinin cüdo yarışlarıda sonuncu təmsilçimiz Uşanqi Kokauri də tatami üzərinə çıxacaq. +100 kq çəkidə mübarizə aparan idmançımız 1/16 finalda braziliyalı Rafael Silva ilə qarşılaşacaq. Cüdo yarışlarına Bakı vaxtı ilə saat 12:00-da start veriləcək.
Batut gimnastikası üzrə millimizin üzvü Selcan Mahsudova da bu gün Olimpiya Oyunlarında mübarizəyə başlayacaq. Bununla da Azırbaycan komandası batut gimnastikası növündə Olimpiya Oyunlarında ilk dəfə təmsil olunacaq. Təsnifat mərhələsinə Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.
Boks yarışlarında isə təmsilçimiz Murad Allahverdiyev (80 kq) 1/4 final görüşünə çıxacaq. Saat 19:22-də başlayacaq döyüşdə idmançımızın rəqibi qazaxıstanlı Nurbek Oralbay olacaq.
Günün sonunda yenidən basketbol millimiz meydana çıxacaq. Komandamız 6-cı tur çərçivəsində Çin yığması ilə üz-üzə gələcək. Oyuna Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan təmsilçilərindən cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qızıl medala layiq görülüblər. Boksçumuz Alfonso Dominqes (92 kq) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı təmin edib.
2 avqust
11:30. Basketbol 3x3, qadınlar
V tur
Avstraliya - Azərbaycan
12:00. Cüdo, kişilər, +100 kq
1/16 final
Uşanqi Kokauri – Rafael Silva (Braziliya)
14:00. Batut gimnastikası
Təsnifat mərhələsi
Selcan Maqsudova
19:22. Boks, kişilər, 80 kq
1/4 final
Murad Allahverdiyev - Nurbek Oralbay (Qazaxıstan)
19:30 Basketbol 3x3, qadınlar
VI tur
Azərbaycan – Çin