Cüdo üzrə yığma komandamızın üzvü Uşanqi Kokauri Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində 1/4 final görüşünə çıxıb. +100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız cənubi koreyalı Minjonq Kimlə qarşılaşıb. Görüş rəqib idmançının qələbəsi ilə başa çatıb. Cüdoçumuz məğlub olmasına baxmayaraq, bürünc medal uğrunda təsəlliverici görüşdə qüvvəsini sınayacaq. 
Qeyd edək ki, cüdo yarışlarının əvvəlki günlərində komandamızın üzvlərindən Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) bütün rəqiblərinə qalib gələrək Olimpiya çempionu adını qazanıblar.
Paris-2024: Cüdoçumuz bürünc medal uğrunda yarışacaq
 
             
                                     
                                     
                                     
                                     
                                     
                                     
                             
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
         
                         
                         
                         
                         
                         
                         
                         
                        


 
                        jpeg-1761331217.jpeg) 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        