Beynəlxalq Olimpiya Komitəsi 2028-ci ildə Los-Ancelesdə keçiriləcək XXXIV Yay Olimpiya Oyunlarında boks turnirini təşkil etməyəcək. Bu barədə təşkilatın nümayəndəsi Mark Adams məlumat verib.
“BOK həmişə inklüzivlik və ədalətlilik arasında balans yaratmağa çalışır. Bu çox vaxt çətin olur. Ona görə də ümid edirik ki, 2028-ci ildə bu idman növü nəinki möhtəşəm olacaq, həm də mənşəyindən asılı olmayaraq bütün sosial kateqoriyalardan olan insanlar arasında heç bir fərq qoyulmayacaq. Biz 4 ildən sonra Olimpiya Oyunlarında boks turnirini təşkil etməyəcəyik. Ümid edək ki, gələcəkdə bu işlə məşğul olacaq bir təşkilat yaranacaq”, - deyə Adams brifinqdə bildirib.