Güləş üzrə Olimpiya komandamızın bir hissəsi bu gün Fransaya yollanıb. Yunan-Roma güləşçilərimiz – Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq), eləcə də qadın güləşçimiz Mariya Stadnik (50 kq) Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Parisə yola düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, digər güləşçilərimiz və olimpiyaçıların yaxınları iştirak edib.
Avqustun 5-də Murad Məmmədov və Sabah Şəriəti, növbəti gün Sənan Süleymanov və Mariya Stadnik mübarizəyə başlayacaq.Həsrət Cəfərovla Rafiq Hüseynov isə avqustun 7-də mübarizəyə başlayacaq.
Qeyd edək ki, Paris Olimpiadanın son günlərində çıxış edəcək sərbəst güləşçilərimiz avqustun 6-da Parisə yollanacaqlar.