Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində futbol yarışları davam edir. Fransa-Argentina milli komandaları arasında qarşılaşmada ev sahibləri 1:0 hesablı qələbə qazanıblar. Beləliklə, Fransa millisi 1984-cü ildən sonra ilk dəfə olimpiadanın yarımfinalına yüksəlib. Qeyd edək ki, 40 il əvvəl keçirilən turnirdə fransızlar çempion adına sahib çıxıblar. Onlar Braziliya millisindən güclü olublar -2:0.
Fransa millisi futbol turnirinin yarımfinalında Misirlə qarşılaşacaq. Oyun avqustun 5-də keçiriləcək. Digər yarımfinalda isə Mərakeş və İspaniya milliləri üz-üzə gələcək.
 
             
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
         
                         
                         
                         
                         
                         
                         
                         
                        


 
                        jpeg-1761331217.jpeg) 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        