Cənubi afrikalı üzgüçü Tatyana Smit Paris-2024 Yay Olimpiya Oyunlarından sonra peşəkar karyerasını başa vurduğunu açıqlayıb. Smit Paris-2024-də 100 metr məsafəyə brass üsulu ilə üzgüçülükdə qızıl medal qazanıb. O, həm də 200 metr məsafədə də gümüş medala yiyələnib. Məlumat üçün bildirək ki, Smit Tokio 2020-də eyni nəticə ilə yadda qalmışdı.