Şumaherin beyninə qan sızıb

Şumaherin beyninə qan sızıb

Xarici kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, məşhur avtomobil yarışçısı, 7 qat dünya çempionu Mixail Şumaherin vəziyyəti normallaşmağa doğru gedir.
Xatırladaq ki, bir neçə gün əvvəl dağ xizəyi idmanı növü ilə məşğul olan məşhur idmançı xizək sürərkən zədə alıb. Şumaher bir gecədə iki dəfə əməliyyat olunub. Hadisə bazar günü səhər saatlarında Meribeldə (Alp dağlarının Fransaya düşən hissəsində) baş verib. M.Şumaherin baş hissəsindən aldığı zədə onun beyninə qan sızması ilə nətiicələnib. Dekabrın 29-da gecə saatlarında iki dəfə əməliyyat olunan məşhur idmançı həmin vaxtdan komada olub.
Həkimlərin dediklərinə görə, Şumaherin vəziyyəti get-gedə yaxşılaşır.