Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən bədii gimnastika yarışlarına start verilib.
Bu gün fərdi çoxnövçülükdə təsnifat mərhələsi üzrə yarışlar təşkil olunub.
Azərbaycan gimnastı Zöhrə Ağamirova da mübarizəyə start verib. O, fərdi çoxnövçülükdə ilk olaraq topla hərəkətlərdə çıxış edib.
Təmsilçimiz 30.200 xala layiq görülüb. Z.Ağamirova Bakı vaxtı ilə saat 14:04-də halqa, 17:33-də lent, 19:04-də gürzlərlə çıxış edəcək.
Gimnastımız hazırda 7-ci sıradadır.
Qeyd edək ki, təsnifat mərhələsində 24 idmançı mübarizə aparır. İlk 10 yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.
Fərdi çoxnövçülükdə həlledici mərhələ sabah təşkil olunacaq. Final mərhələsi saat 16:30-da başlayacaq.
Bədii gimnastımız Paris-2024-də ilk çıxışını etdi