Bu gün Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən Yunan-Roma güləşi üzrə yarışlara yekun vurulacaq. “Klassiklər”in son mübarizəsində Həsrət Cəfərov (67 kq) da bürünc medal uğrunda yarışacaq. Artıq idmançımızın üçüncü yer uğrunda güləşəcəyi rəqibin də adına aydınlıq gəlib. Təmsilçimiz həlledici görüşdə Qırğızıstandan olan Amantur İsmayılovla üz-üzə gələcək.
Amantur İsmayılov təsəlliverici qarşılaşmada serbiyalı Mate Nemesi 8:0 hesabı ilə məğlub edib.
Bürünc medal uğrunda görüş Bakı vaxtı ilə saat 21:15-dən etibarən start götürəcək.