Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən sərbəst güləş yarışları davam edir. Bu gün sərbəst güləş yarışlarında ikinci gününün püşkü atılıb. Püşkatmadan sonra Azərbaycan güləşçilərinin də ilk rəqibləri müəyyənləşib. Belə ki, 74 kq çəkidə çıxış edən Turan Bayramov albaniyalı Çermen Valiyevlə qarşılaşacaq. 125 kq çəkidə mübarizə aparan Giorgi Meşvildişvili isə misirli Diaeldin Abdelmottaleblə üz-üzə gələcək.