Fiqurlu konkisürənimiz beynəlxalq yarışda iştirak edib

Fiqurlu konkisürənimiz beynəlxalq yarışda iştirak edib

Azərbaycanın yeniyetmə fiqurlu konkisürəni Leyli Axundova Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Budapest Trophy Challenger Series" yarışında iştirak edib.

Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, təmsilçimiz qısa və sərbəst proqram üzrə çıxış edərək 112.11 xal toplayıb.

Nəticədə L.Axundova 25 idmançı arasında 15-ci yeri tutub.