Oktyabrın 20-də Dağıstan Respublikasının Mahaçqala şəhərində taekvondo üzrə respublika festivalı keçirilib. Yarışda ölkəmizi kiçikyaşlı yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi İlkin Şahbazov və böyük məşqçi Ziya Qasımovun rəhbərliyi ilə 2013-2014-cü illər təvəllüdlü iştirakçılar arasında 10 idmançı təmsil edib. 300 taekvondoçunun iştirak etdiyi yarış milli komandamızın üzvlərinin uğurlu çıxışı ilə yadda qalıb.
Oğlanlar arasında Rizvan Abdullayev (27 kq), Ülvi Məmmədov (36 kq), Şahin Abdullayev (+48 kq), qızlar arasında isə Yaqut İsmayıllı (27 kq), Mədinə Aslanlı (30 kq) və Məryəm Xalidli (40 kq) bütün rəqiblərini üstələyərək qızıl medallara layiq görülüblər. Levent Zalov (30 kq) və Həsən Ələkbərli (33 kq) oğlanlar arasında gümüş, Esmanur Azayeva isə (36 kq) qızlar arasında bürünc medallara sahib çıxıblar.