Taekvondo üzrə böyüklərdən ibarət milli komanda üzvlərinin iştirakı ilə paytaxtda yeni ilin ilk təlim-məşq toplanışına start verilib.
Bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, komandanın böyük məşqçisi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönəlib. 12 günlük fiziki hazırlıq prosesinin yekununda milli komandanın beynəlxalq səviyyəli yarışlarda iştirak edəcək heyəti müəyyənləşəcək.