Olimpiya mükafatçısımız reytinqdə ikincidir

Olimpiya mükafatçısımız reytinqdə ikincidir

Paris-2024 XXXIII Yay Olimpiya Oyunlarının taekvondo yarışlarınıngümüş medalçısı Qaşim Maqomedovun 2025-ci ilin fevral ayı üçün açıqlanmış dünya reytinqində mövqeyi dəyişməyib.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 120 xalla ikinci pillədə qərarlaşıb.

Qaşim Maqomedovun Paris-2024-ün finalında məğlub olduğu Cənubi Koreya təmsilçisi Park Taejoon birincidir.

Qeyd edək ki, Qaşım Maqomedov qızıl medal uğrunda görüşdə zədə səbəbindən döyüş vaxtından əvvəl başa vurmuşdu.