Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turniri (Turkish Open) davam edir.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komandamızın daha üç idmançısı turnirdə mükafatçılar sırasında yer alıb. Belə ki, yığmamızın üzvlərindən Xanoğlan Kərimov (68 kq), Cavad Ağayev (80 kq) və Həmidreza Bədrialiabadi (+87 kq) böyüklər arasında bürünc medala layiq görülüblər.
Xanoğlan Kərimov dörd, Həmidreza Bədrialiabadi və Cavad Ağayev isə üç rəqibi üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Xatırladaq ki, daha əvvəl böyüklər arasında Minayə Əkbərova (46 kq) da bürünc medala sahib çıxıb.