Yüksək Liqada XIV tur başa çatdı

Yüksək Liqada XIV tur başa çatdı

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV turun oyunlarına yekun vurulub.

"Abşeron" klubu "Azərreyl"i 3:2, "Milli Aviasiya Akademiyası” isə “Murov Az Terminal”lı 3:0 hesabı ilə məğlub edib.

Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.

Qeyd edək ki, turun martın 1-də baş tutan oyununda "Gəncə" UNEC-i 3:0 hesabı ilə məğlub edib.