Niderlandın Eyndhoven şəhərində taekvondo üzrə 52-ci açıq Niderland çempionatına start verilib. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın ilk günündə böyüklərdən ibarət milli komandamızın üzvləri 2 medal qazanıblar. Yığmamızın heyətində Bəhruz Quluzadə (54 kq) və Eltac Qafarov (87 kq) bürünc medallara layiq görülüblər.