Qaxda şəhidlərin xatirəsinə həsr olunmuş taekvando yarışları

Qaxda şəhidlərin xatirəsinə həsr olunmuş taekvando yarışları



Yanvarın 19-da Qax Olimpiya İdman Kompleksində yeniyetmələr arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş taekvando üzrə açıq rayon birinciliyi keçirilib.
Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə Qax, Şəki və Zaqatala rayonlarından 28 yeniyetmə idmançı mübarizə aparıb.
Yarışlardan əvvəl 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Birinciliyin qaliblərinə diplomlar təqdim olunub.