Ədalət təmsilçimiz Qazaxıstanda ən yaxşı hakim adına layiq görülüb

Ədalət təmsilçimiz Qazaxıstanda ən yaxşı hakim adına layiq görülüb

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Seymur Məmmədov taekvondo üzrə gənclər arasında keçirilən Qazaxıstan açıq çempionatında ən yaxşı hakimi adına layiq görülüb.

Bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

Seymur Məmmədovla yanaşı, Rza Məcidov da yarışda ədaləti qoruyub.

Hər iki hakim turnirinTəşkilat Komitəsi tərəfindən iştirakçı sertifikatı ilə təltif edilib.