Azərbaycanın böyüklərdən ibarət taekvondo millisinin üzvləri Belçikanın Lommel şəhərində keçirilən açıq çempionatda 6 medal qazanıblar.
AzərbaycanTaekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komandamızın üzvü Bəhruz Quluzadə (54 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qaşım Maqomedov (63 kq) gümüş, Xıdır Məmmədov (54 kq), Səyyad Dadaşov (58 kq), Eltac Qafarov (87 kq), Səmərrrux Osmanova (49 kq) isə bürünc medallara sahib çıxıblar.