Azərbaycan karateçiləri Ukraynada (Xarkov) keçirilən "Kharkov Open” beynəlxalq turnirindən 14 medalla qayıdıblar. Seçmə komandalarımızdan 14-15 yaşlı yeniyetmələri Roman Heydərov (kata) turnirin qalibi adını qazanıb, Fidan Teymurova, Şölə Həsənova və İsa Məmmədov üçüncü yerin sahibi olublar.
16-17 yaşlı gənclər arasında Ülvi Qurbanov, Elcan Məmmədrzayev, Aytac Əliyeva və Fəridə Əliyeva qızıl medal əldə ediblər. Hüseyn Əliyev və Vüsal Kamallı gümüş, Fərid Əliyev və Asiya Məlikova isə bürünc medal qazanıblar.
18-20 yaşlı gənclər arasında Rafiq Əmirov (kata) bürünc mükafata, böyüklər arasında isə Şahin Atamov qızıl medala layiq görülüblər.
Yeniyetmələrin böyük məşqçisi Anar Allahverdiyev və məşqçi Rənad Əliyevin rəhbərliyi altında "Kharkov Open” beynəlxalq turnirində 6 qızıl, 2 gümüş və 6 bürünc olmaqla 14 medal qazanan idmançılarımız 7 ölkə arasında, mükafatların sayına görə birinci yeri tutublar. Qeyd edək ki, Xarkovda müxtəlif çəki dərəcələrində 400-dən artıq idmançı mübarizə aparıb. Yarışı idarə edənlər arasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Vüqar Kərimov təmsil edib.