Fri-faytinq 10 çəki dərəcəsi üzrə keçirildi

Fri-faytinq 10 çəki dərəcəsi üzrə keçirildi

Balaxanı Olimpiya İdman Kompleksində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş fri-faytinq döyüş növləri üzrə Bakı şəhər turniri keçirilib. Yarışda "Sumqayıt” İK, "Suraxanı” İK, "Sumqayıt” OİK, "Cəngavər” İK, "Xəzər Adaları”, Astara rayonu və başqa klubları təmsil edən idmançılar yarışıblar. 3 yaş qrupunda 10 çəki dərəcəsi üzrə keçirilən döyüşlərdə qalib gələn idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.