Yüksək Liqada gərgin rəqabət: XVII turun qarşılaşmaları başlayır

Yüksək Liqada gərgin rəqabət: XVII turun qarşılaşmaları başlayır

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XVII turun oyunları keçiriləcək. 

Turun bütün matçları saat 16:00-da start götürəcək.

Fövqəladə Hallar Nazirliyinin idman zalında "Xilasedici" MOİK-lə qarşılaşacaq. Sumqayıt Olimpiya İdman Kompleksində "Gənclər" "Azərreyl"ə rəqib olacaq. Günün üçüncü oyunu isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək – burada "Neftçi" və "Murov Az Terminal" üz-üzə gələcək.

Turnir cədvəlinə 38 xalla "Azərreyl" başçılıq edir. Eyni xala malik "Murov Az Terminal" isə ikinci yerdə qərarlaşıb. "Xilasedici" 36 xalla üçüncü pillədədir. "Neftçi" 23 xalla dördüncü sırada yer alıb. MOİK-in hesabında 8, sonuncu pillədə qərarlaşan "Gənclər"in isə cəmi 1 xalı var.