Aprelin 2-də 16-21 yaşlı taekvondoçular arasında ölkə çempionatına start veriləcək. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda təşkil olunacaq. Çempionatda ümumilikdə 165 taekvondoçu (107 kişi və 58 qadın) medallar uğrunda mübarizə aparacaq.
Gənc idmançıların öz bacarıqlarını nümayiş etdirəcəyi yarış aprelin 3-nə qədər davam edəcək. Çempionat Azərbaycan taekvondosunun inkişafına töhfə verməklə yanaşı, gələcək beynəlxalq turnirlər üçün perspektivli idmançıların seçilməsində də mühüm rol oynayacaq.