Fərid Qayıbov gimnastikanın inkişafı ilə bağlı beynəlxalq görüş keçirib

Fərid Qayıbov gimnastikanın inkişafı ilə bağlı beynəlxalq görüş keçirib

Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Gimnastika Federasiyasının (FIG) “Gimnastika hamı üçün” Komitəsinin prezidenti Roqerio Valerio ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, örüşdə gimnastikanın inkişaf perspektivləri, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin əhəmiyyəti müzakirə edilib. Tərəflər həmçinin Azərbaycan və FIG-nin “Gimnastika hamı üçün” Komitəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Görüşdə FIG-nin “Gimnastika hamı üçün” Komitəsinin üzvləri və Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri də iştirak ediblər.