Avtomobil idmanı üzrə beynəlxalq yarışlarda iştirak edən ilk azərbaycanlı Türkiyədə təlim-məşqdə olub

Avtomobil idmanı üzrə beynəlxalq yarışlarda iştirak edən ilk azərbaycanlı Türkiyədə təlim-məşqdə olub
Fevralın 24-də idmançımız Gülhüseyn Abdullayev təlim məşqlərinə İstanbulda kartinq üzrə 2013-cü ilin ilk -qatılıb. İdmançımızın təlim-məşqlərdə iştirakı martın 23-24-də İzmir şəhərində keçiriləcək kartinq üzrə Türkiyənin açıq çempionatına hazırlıq xarakteri daşıyır. 
Məlumat ücün bildirək ki, 2006-cı ildən kartinq üzrə yarışlara qatılan Gülhüseyn Abdullayev avtomobil idmanı üzrə beynəlxalq yarışlarda iştirak edən ilk azərbaycanlıdır. Həmyerlimiz hər il Türkiyədə ənənəvi keçirilən açıq Türkiyə çempionatında iştirak edir.
Xatırladaq ki, Gülhüseyn ötən il keçirilən Türkiyənin açıq çempionatında rotax max junior kateqoriyasında ikinci olmuşdu. İdmançımız bu ildən etibarən yarışlarda formula junior və ilk dəfə olaraq formula senior kateqoriyasında qüvvəsini sınayacaq.