AİJA-nın 30 illiyinə həsr olunmuş ənənəvi voleybol liqasına start verilib

AİJA-nın 30 illiyinə həsr olunmuş ənənəvi voleybol liqasına start verilib

Aprelin 5-də Binə qəsəbəsində yerləşən Milli Qəhrəman Mübariz İbrahimov adına İdman Kompleksində voleybol üzrə ənənəvi Tüklə voleybol liqasına start verilib. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) 30 illiyinə həsr olunmuş yarışın açılış mərasimində AİJA prezidenti Eldar İsmayılov, "Qarabağ"ın sələfi Ağdam futbolunun və voleybolunun veteranı  Vaqif Hüseynov və digər qonaqlar iştirak ediblər. 
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra mərasimdə çıxış üçün söz AİJA prezidenti Eldar İsmayılova verilib. 
 "Hamınızı bu Liqada salamlayıram. Bildirmək istəyirəm ki, Masallının Tüklə kəndi böyük voleybol ənənələri olan bir məkandır. Hələ keçmiş SSRİ dövründə kəndin komandası uğurla çıxış edərək, gümüş medallara layiq görülüb. Bu sevindirici haldır ki, həmin ənənələr bu gün də davam etdirilir. AİJA olaraq, öz növbəmizdə bu cür yarışların keçirilməsinə dəstək verməkdən məmnunuq. Hesab edirəm ki, yarış ildən ilə öz əhatəsini genişləndirəcək, nüfuzunu daha da artıracaq. Hər bir iştirakçı komandaya uğurlar arzu edirəm", - deyə o vurğulayıb. 
"Qarabağ"ın sələfi Ağdam futbolunun və voleybolunun veteranı Vaqif Hüseynov qeyd edib ki, bu cür yarışın ənənəvi keçirilməsi təqdirəlayiq haldır. "Tüklə voleybolu hər zaman öz uğurları ilə seçilib. Bu nailiyyətlərdə payı olan hər kəsə, təşkilatçılara və  komandalara uğurlar arzulayıram. Hesab edirəm ki, sonda qalib olan komandanın sevinci hər birimizin sevinci olacaq. Fürsətdən istifadə edib, bu yarışda zəhmət çəkən hər kəsə təşəkkür edirəm edirəm", - deyə o bildirib. 
 Açılış mərasimində Əməkdar voleybolçu Bəhram İsmayılov 
AİJA İcraiyyə Komitəsinin üzvü, Aztv-nin əməkdaşı Rüstəm İsmayılov, qurumun mətbuat xidmətinin rəhbəri Anar Əhmədov və digərləri Liqa iştirakçılarına uğurlar diləyiblər. 
Çıxışlar başa çatdıqdan sonra Bakının "Zəfər" və Şərurun "Alişar" komandaları arasında görüş keçirilib.

AİJA-nın 30 illiyinə həsr olunmuş ənənəvi voleybol liqasına start verilib AİJA-nın 30 illiyinə həsr olunmuş ənənəvi voleybol liqasına start verilib AİJA-nın 30 illiyinə həsr olunmuş ənənəvi voleybol liqasına start verilib AİJA-nın 30 illiyinə həsr olunmuş ənənəvi voleybol liqasına start verilib AİJA-nın 30 illiyinə həsr olunmuş ənənəvi voleybol liqasına start verilib AİJA-nın 30 illiyinə həsr olunmuş ənənəvi voleybol liqasına start verilib AİJA-nın 30 illiyinə həsr olunmuş ənənəvi voleybol liqasına start verilib AİJA-nın 30 illiyinə həsr olunmuş ənənəvi voleybol liqasına start verilib AİJA-nın 30 illiyinə həsr olunmuş ənənəvi voleybol liqasına start verilib AİJA-nın 30 illiyinə həsr olunmuş ənənəvi voleybol liqasına start verilib AİJA-nın 30 illiyinə həsr olunmuş ənənəvi voleybol liqasına start verilib AİJA-nın 30 illiyinə həsr olunmuş ənənəvi voleybol liqasına start verilib AİJA-nın 30 illiyinə həsr olunmuş ənənəvi voleybol liqasına start verilib AİJA-nın 30 illiyinə həsr olunmuş ənənəvi voleybol liqasına start verilib AİJA-nın 30 illiyinə həsr olunmuş ənənəvi voleybol liqasına start verilib AİJA-nın 30 illiyinə həsr olunmuş ənənəvi voleybol liqasına start verilib