Yüksək Liqada XVIII tur: iddialı komandaların gərgin rəqabəti davam edir 

Yüksək Liqada XVIII tur: iddialı komandaların gərgin rəqabəti davam edir 

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII turun oyunları keçiriləcək. Maraqlı və gərgin mübarizələrin gözlənildiyi gündə komandalar xal sıralamasında mövqelərini möhkəmlətmək üçün meydana çıxacaqlar.

Günün ilk oyunu saat 14:00-da start götürəcək. MOİK komandası güclü rəqibi “Neftçi” ilə qarşılaşacaq. Daha sonra saat 16:00-da turnirin liderlərindən olan “Azərreyl” klubu üçüncü pillədə qərarlaşan “Xilasedici” ilə üz-üzə gələcək. Axşam saatlarında isə – saat 18:00-da “Murov Az Terminal” autsayder “Gənclər” komandası ilə qarşılaşacaq.

Hazırda turnir cədvəlinin zirvəsində 41 xalla “Azərreyl” yer alır. Eyni xala sahib olan “Murov Az Terminal” isə ikinci sırada qərarlaşıb. Üçüncü yerdə isə 39 xalla “Xilasedici” qərar tutub. Onların ardınca 23 xalla “Neftçi” gəlir. MOİK indiyədək cəmi 8 xal toplayaraq beşinci pillədə, “Gənclər” isə 1 xalla altıncı – sonuncu yerdədir.

Günün bütün görüşləri Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Voleybol Mərkəzində keçiriləcək.