Cəlilabadda "Aprel döyüşləri" şəhidlərinin xatirəsinə voleybol turniri başa çatdı

Cəlilabadda "Aprel döyüşləri" şəhidlərinin xatirəsinə voleybol turniri başa çatdı

Cəlilabad rayonunda "Aprel döyüşləri" şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol idman növü üzrə məktəbli oğlanlar arasında rayon turnirinə yekun vurulub. Şəhər 9 saylı tam orta məktəbin idman zalında keçirilən və 10 komandanın iştirak etdiyi turnirdə birinci yeri Uzuntəpə kənd 1 saylı tam orta məktəbin komandası qazanıb. Xəlilabad kənd tam orta məktəbin komandası ikinci, Həziabad kənd tam orta məktəbin komandası isə üçüncü yeri tutub.

Qalib komandalar yarışın təşkilatçısı Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medallarla təltif olunublar.