Azərbaycan Milli Karate Federasiyası hakimlərin növbəti seminarını təşkil edib. Seminarda əsas məqsəd martın 9-da böyüklər arasında XXll Azərbaycan çempionatına hakimlərin hazırlığı məsələlər olub. Seminarda paytaxt və regionlardan 50-dək müxtəlif dərəcəli hakimlər iştirak etmişlər.
Tədbirin əvvəlində federasiyanın prezidenti Yaşar Bəşirov, birinci vitse-prezidenti İlham Qasımzadə və vitse-prezidenti Yusif Məmmədov son yeniliklər barədə məlumat verərək qarşıda duran hədəflərdən danışıblar. Regionlarda təbliğat və kütləviliyin artırılması istiqamətində işlərin gücləndirilməsi üçün yerli mütəxəssilərə tapşırlar verilib.
Həmçinin hakimlərə illik planlarının federasiyaya təqdim etmələri tapşırılıb, növbəti respublika çempionatının köhnə qaydalarla keçiriləcəyi bildirilib.