"Formula-1” yarışları üzrə 7 qat dünya çempionu Mixael Şumaher Alp dağlarında xizəklə sürüşərkən başından aldığı güclü zərbə nəticəsində düşdüyü koma vəziyyətindən ayıla bilmir. Vəziyyətin belə davam etməsi dünya çempionunun səhhətinin daha ağır olduğunu deməyə əsas verir.
Şumaheri müalicə edən həkimlər idmançının səhhəti barədə məlumat verməkdən imtina etsələr də, Almaniya və Böyük Britaniya mətbuatı məşhur idmançının həmişəlik komada qala biləcəyini yazır.