Parataekvondo üzrə yığma komandamızın üzvü İmaməddin Xəlilov (70 kq) Çin Xalq Respublikasının Taiyan şəhərində təşkil olunan nüfuzlu "Prezident Kuboku" turnirində uğurla çıxış edərək finala vəsiqə qazanıb.
Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Paris-2024 Yay Paralimpiya Oyunlarının qalibi yarımfinalda Özbəkistan təmsilçisinə qalib gəlib.
Qeyd edək ki, digər parataekvondoçumuz Sabir Zeynalov (58 kq) isə 1/4 finalda monqolustanlı rəqibini məğlub edərək yarımfinala vəsiqə əldə edib.