Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) Çinin Taiyan şəhərində keçirilən "Prezident Kuboku" beynəlxalq turnirində gümüş medal qazanıb.
Paralimpiya çempionumuz zədə səbəbindən final görüşünə çıxmayıb və turniri gümüş medalla başa vurub.
Digər parataekvondoçumuz Sabir Zeynalov (58 kq) isə turnirin bürünc medalına sahib çıxıb.