"Real"da daha bir itki  

"Real"da daha bir itki  

İspaniyanın Madrid "Real"ı daha bir itki ilə üzləşib. 
Olimpnews.az xəbər verir ki, kral klubunun müdafiəçisi Ferlan Mendi zədə səbəbilə uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. Klubun yaydığı rəsmi məlumata əsasən, futbolçu təxminən 2.5 ay ərzində komandanın heyətində yer ala bilməyəcək. 
29 yaşlı futbolçu "Barselona" klubuna qarşı keçirilən İspaniya Kral Kubokunun finalında zədələnib. O, oyunun 8-cu dəqiqəsində kataloniyalıların müdafiəçisi Jul Kunde ilə ikili mübarizə zamanı sağ ayağının dördbaşlı əzələsinin proksimal tendonunda yırtıq olduğu üçün dərhal meydanı tərk edib.