Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edildi

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edildi


Salyanda yeniyetmə və gənclər arasında Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş kikboksinq üzrə açıq rayon birinciliyi keçirilib.
Salyan Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Arbatanda yeniyetmə və gənclər arasında Xocalı soyqırımının 21-ci ildönümünə həsr jkeyvei kikboksinq üzrə açıq rayon birinciliyi keçirilib.
70-ə yaxın kikboksçunun iştirakı ilə keçirilən yarışda rayon idmançıları ilə yanaşı, Bakı, Qazax və Şirvan şəhərlərindən gəlmiş idmançılar da iştirak ediblər. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 15 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
Qəbələdə də Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib. Bu münasibətlə Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı altında kişilər arasında şahmat turniri keçirilib. Turnir iştirakçıları əvvəlcə rayon şahmat məktəbində düzəldilmiş və Xocalı soyqırımına həsr edilmiş guşə ilə tanış olublar. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Xatirə turnirində rayonun idarə və təşkilatlarında çalışan, kənd və qəsəbələrdə müxtəlif əmək fəaliyyəti ilə məşğul olan 50 şahmatçı gərgin oyun nümayiş etdirib. Yarışda FHN-in Mülkü Müdafiə alayının əsgəri Fariz Salmanlı I, Qəbələ süd emalı zavodunun əməkdaşı Eldar Səfərov II və Vəndam qəsəbə sakini Araz Alməmmədov isə III yeri tutublar.
Qaliblərə rayon gənclər və idman idarəsinin kubok və diplomları təqdim edilib.
Xatırladaq ki, turnirin keçirilməsində əsas məqsəd Xocalı soyqırımı həqiqətlərini ictimaiyyətin diqqətinə bir daha çatdırmaq, yarış iştirakçılarının idman ustalıqlarının artırılması və onların təkmilləşdirilməsini təmin etməkdən ibarətdir.