Məşhur idmançı komadan ayıldı

Məşhur idmançı komadan ayıldı


Son bir ayı koma vəziyyətində keçirən "Formula-1”in məşhur pilotu Mixael Şumaherin səhhətində nəhayət müəyyən irəliləyiş hiss olunub.

Xarici KİV-lərin verdiyi məlumata görə, məşhur idmançı yanvarın 30-da komadan ayılıb. Alman əsilli idmançının səhhətinə nəzarət edən həkimləri bildiriblər ki, komadan çıxarılmanın ilk mərhələsində Şumaher gözlərini açıb, həkimlərin işarəsinə reaksiya verib.
"L’Equipe” qəzeti eytibarlı mənbələrə istinadən məlumat verib ki, yeddiqat dünya çempionu Mixael Şumaher keçdiyi bir sıra nevroloji testlərə müsbət reaksiya verib.