Macarıstan Futbol Federasiyası milli komandanın baş məşqçisi Marko Rossinin fəaliyyətindən razıdır.
"Olimpnews.az" xəbər verir ki, elə bu səbəbdən 60 yaşlı italiyalı mütəxəssislə yeni müqavilə 2030-cu ilin iyun ayına kimi yeni müqavilə bağlanıb.
Məlumat üçün bildirək ki, Rossi 2018-ci ildən etibarən Macarıstan millisinin uğurları üçün çalışır. Onun rəhbərliyi altında milli komanda 2020 və 2024-cü illərdə Avropa çempionatında iştirak edib.