Son bir ayı koma vəziyyətində keçirən "Formula-1” yarışlarının 7 qat dünya çempionu Mixael Şumaherin səhhətində, nəhayət ki, müəyyən irəliləyiş hiss olunub.
Xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, məşhur idmançı yanvarın 30-da komadan ayılıb. Alman əsilli idmançının səhhətinə nəzarət edən həkimlər bildiriblər ki, komadan çıxarılmanın ilkin mərhələsində Şumaher gözlərini açıb və həkimlərin işarəsinə reaksiya verib.
"L’Equire” qəzeti də Mixael Şumaherin keçdiyi bir sıra nevroloji testlərə müsbət reaksiya verdiyini yazıb.