Bolqarıstanın Sofiya şəhərində taekvondo üzrə keçirilən G3 kateqoriyalı Prezident Kuboku turnirində gənc taekvondoçularımız 3 medal qazanıblar.
Olimpnews.az xəbər verir ki, komandamızın üzvlərindən Elcan Əliyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yığmamızın aktivinə digər medalları isə Yunis Hüseynov və Fuad Məhərrəmli yazdırıb. Hər iki idmançımız bürünc medala sahib çıxıb.
Taekvondoçularımız Bolqarıstanda üç medal qazandılar







