Avropa Taekvondo Federasiyasının (ETU) prezidenti Athanasios Praqalos ölkəmizə səfər edib.
Səfər zamanı A.Praqalos Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərovla görüşüb.
Tərəflər arasındakı razılaşmaya əsasən, Azərbaycan bu il mayın 1-dən 5-dək taekvondo üzrə böyüklər arasında Avropa çempionatına ev sahibliyi edəcək.
Ölkəmizə səfəri zamanı A.Praqalos və ETU-nun baş katibi Mixael Fusentzids Bakıda 2015-ci ildə keçiriləcək Avropa Oyunları Təşkilat Komitəsinin mənzil-qərargahına baş çəkiblər.