Millimizin baş məşqçisi: “Ümid edirik ki, Skopyedə əvvəlki festivallardan da yaxşı nəticələr qazanacağıq”

Millimizin baş məşqçisi: “Ümid edirik ki, Skopyedə əvvəlki festivallardan da yaxşı nəticələr qazanacağıq”

“Komandamız Avropa Gənclər Olimpiya Festivalına hazırlıq prosesini Bakıda davam etdirir”.  
Bu sözləri yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Emin İskəndərov Olimpnews.az saytına müsahibəsində Avropa Gənclər Olimpiya Festivalına (EYOF) hazırlıqla bağlı danışarkən deyib.
O, millimizin EYOF-dan öncə elə həmin ölkədə, Şimali Makedoniyada Avropa birinciliyində iştirak edəcəyini qeyd edib. 
“Komandamız gələn ay Skopyedə yeniyetmələrin Avropa birinciliyində qüvvəsini sınayacaq. Bu yarışdan sonra yenidən festivala hazırlıq prosesimizi davam etdirəcəyik. EYOF-da komandamız müxtəlif çəki dərəcələri üzrə 6 oğlan və 6 qız idmançı ilə təmsil olunacaq. Festivalda həm fərdi, həm də komanda yarışlarında mübarizə aparacağıq. Komandamızın hazırlıq vəziyyəti yüksək səviyyədədir. Ümid edirik ki, Skopyedə əvvəlki festivallardan da yaxşı nəticələr qazanacağıq”, - deyə Emin İskəndərov bildirib.