Rəsul Məmmədov: “Komandamızın hər bir üzvünə festivalda uğurlar arzulayıram”

Rəsul Məmmədov: “Komandamızın hər bir üzvünə festivalda uğurlar arzulayıram”

“Avropa Gənclər Olimpiya Festivalının güllə atıcılığı yarışında komandamız 4 idmançı ilə mübarizə aparacaq”. 
Bu sözləri güllə atıcılığı üzə məşqçi, komandanın təlim-məşq toplanışının rəhbəri Rəsul Məmmədov Olimpnews.az saytına müsahibəsində deyib. 
Avropa Gənclər Olimpiya Festivalına (EYOF) hazırlıqların yüksək səviyyədə davam etdiyini deyən mütəxəssis Vətənə medalla qayıdacaqlarına inandığını bildirib. 
“Komandamız gündə iki dəfə olmaqla EYOF-a hazırlığını davam etdirir. Məşqlər Bakı Atıcılıq Mərkəzində keçirilir. Yarışda ölkəmizi atıcılıq idman növündə 4 idmançı təmsil edəcək ki, komandamızın hər bir üzvünə böyük ümidlər bəsləyirik. Lakin atıcılıq elə bir idman növüdür ki, yarış zamanı hər cür sürpriz nəticə görmək mümkündür. Ən sərrast atıcı sonuncu yeri tuta, heç gözlənilməyən bir iştirakçı isə medal qazana bilər. Bunun üçün də təlim-məşqlərdə bütün bu halları nəzərə almışıq. Hər şey yarış zamanı müəyyən olunacaq. Komandamızın hər bir üzvünə festivalda uğurlar arzulayıram”, - deyə Rəsul Məmmədov bildirib.