“İlin əvvəlindən Avropa Gənclər Olimpiya Festivalının hazırlıqlarına başlamışıq. Təlim-məşq toplanışlarımızı da məhz bu festivala əsasən planlaşdırmışıq”.
Bu sözləri taekvondo üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Məmmədov Olimpnews.az saytına müsahibəsində Avropa Gənclər Olimpiya Festivalına (EYOF) hazırlıqla bağlı danışarkən deyib.
O, artıq festivala hazırlıq prosesinin üç mərhələsinin başa çatdığını bildirib. “Taekvondo yarışları festivalda Olimpiya çəki dərəcələri üzrə keçiriləcək. Buna görə biz də yarışda beş çəki dərəcəsində mübarizə aparacaq idmançılar arasından öz seçimlərimizi etmişik. Festivalda 5 oğlan və üç qız idmançı ilə mübarizə aparacağıq. Artıq onların adları da məlumdur. Təlim-məşq toplanışı və yarışlarda yüksək səviyyədə iştirak etməklə festivala yüksək səviyyədə hazırlaşmışıq. Ümid edirəm ki, EYOF-da yüksək səviyyədə iştirak edərərk bayrağımızı yüksəklərə qaldıracağıq”, - deyə Rəşad Məmmədov bildirib.
Rəşad Məmmədov: "Ümid edirəm ki, EYOF-da yüksək səviyyədə iştirak edərərk bayrağımızı yüksəklərə qaldıracağıq"
