"Sanderlend"də çıxış edən yarımmüdafiəçi Cob Bellinqhem karyerasını "Liverpul"da davam etdirə bilər.
Olimpnews.az xəbər verir ki, "Bild" nəşrinin yaydığı məlumata görə 19 yaşlı futbolçunun kluba keçidi 22 milyon avrodan az olmayacaq.
Qeyd edək ki, Madrid "Real"ında çıxış edən Cudd Bellinqemin kiçik qardaşı üçün Dortmund "Borussiya"sı və Frankfurt "Ayntraxt"ı da mübarizə aparır.