Voleybol üzrə rayon turniri keçirilib

Voleybol üzrə rayon turniri keçirilib

Lerikdə “28 May-Müstəqillik Günü” münasibətilə voleybol idman növü üzrə böyüklər arasında rayon turniri keçirilib. Rayonda Kitabəli Həmidov adına Ambu kənd tam orta məktəbinin idman zalında baş tutan turnirdə 5 komanda birincilik uğrunda bir-birini sınağa çəkib.  Dairəvi sistem üzrə keçirilən turnirdə Lerik şəhər Ərazi İcra Nümayəndəliyinin komandası bütün rəqiblərini üstəlyərək birinci olub. II yeri Əliabad bələdiyyəsinin “Gürdəsər” komandası, III yeri isə Şingədulan bələdiyyəsinin “Livədirqə” komandası qazanıb.
Qalib komandalar turnirin təşkilatçısı olan Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok və diplomlarına layiq görülüb.