Masallıda taekvondo idman növünün təbliği, idmanın kütləviliyinə nail olmaq, yeniyetmələrin bu idman növünə marağı artırmaq məqsədilə rayon Uşaq-Gənclər İdman Məktəbinin birinciliyi keçirilib.
Olimpnews.az xəbər verir ki, Masallı Regional Taekvondo Mərkəzində keçirilən yarış Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub. Birincilikdə 7 çəki dərəcəsi üzrə 36 nəfər idmançı öz məharətlərini göstərib.
Gərgin mübarizədən qalib ayrılan taekvondoçular yarışın təşkilatçısı tərəfindən diplom və medallarla mükafatlandırılıblar.