Avropa Qızıl Liqasının oyunları üçün heyət açıqlandı 

Avropa Qızıl Liqasının oyunları üçün heyət açıqlandı 

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Qızıl Liqası üçün heyəti müəyyənləşib.

Azərbaycan Voleybol Federasiyasından Olimpnews.az-a verilən məlumata görə, Faiq Qarayevin baş məşqçisi olduğu yığmada 14 oyunçu yer alıb.

Avropa Qızıl Liqasında çıxış edəcək millinin heyəti:

Hücumçular: Nikalina Başnakova, Anastasiya Baydyuk, Kseniya Pavlenka, Ülkər Kərimova, Yelizaveta Burkova.

Blokçular: Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova.

Toppaylayıcılar: Yana Doroşenko, Raziyə Əliyeva, Valeriya Burkova.

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova.

Baş məşqçi: Faiq Qarayev.

Köməkçi məşqçilər: Famil Ağayev, Emin Əbilov.

Qeyd edək ki, Azərbaycan yığması ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə millinin rəqibləri Macarıstan və Sloveniya kollektivləri olacaq.